“Zelenski alverçidir, Beyden axmaq, Putin isə...” - Tramp

ABŞ prezidentliyinə namizəd Donald Tramp növbəti dəfə Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsindən danışıb.

Oct 18, 2024 - 13:21
“Zelenski alverçidir, Beyden axmaq, Putin isə...” - Tramp

SAVASHMEDİA.az xəbər verir ki, Tramp şərhçi Patrik Beta-Davidin podkastına müsahibəsi zamanı Ukrayna şəhərlərinin darmadağın olmasına diqqəti cəlb edib.
  
Donald Tramp yenə də bildirib ki, seçkilərdə qalib gələcəyi təqdirdə Ukraynadakı müharibəni sonlandıracaq və bu, onun prezident kimi andiçmə mərasimindən öncə baş verəcək.

“Mən yeni seçilmiş prezident olduğum müddətdə Rusiya ilə Ukrayna arasındakı müharibəni həll edəcəyəm. Bilirsiniz, mən bu yaxınlarda Zelenski ilə görüşmüşəm. Putinlə və Zelenski ilə yaxşı münasibətim var”, - deyə Tramp vurğulayıb.

Sonra o, Ukraynada “milyonlarla insanın” necə həlak olmasını xatırladıb və yenidən bildirib ki, o, ABŞ prezidenti olsaydı, müharibə olmazdı. 

Podkastın sonunda Tramp yenidən Ukrayna mövzusuna qayıdaraq, millyardlarla dolların xəsrlənməsində indiki ABŞ administrasiyasını ittiham edib. 

“Düşünürəm ki, Zelenski indiyə qədər gördüyüm ən yaxşı alverçilərdən biridir. O, hər dəfə gələndə biz ona yüz milyard dollar veririk. Tarixdə başqa kim bu cür pul alıb? Bu, heç vaxt olmayıb. Və bu o demək deyil ki, mən ona kömək etmək istəmirəm, çünki mənim bu adamlara yazığım gəlir. Lakin o, heç vaxt bu müharibənin başlamasına icazə verməməli idi”, - deyə eks-prezident əlavə edib. 

Sonra Tramp bildirib ki, Ukrayna “artıq o Ukrayna deyil: "Demək olar ki, hər şəhər yerlə-yeksan edilib. Bütün o gözəl qızıl günbəzlər yan-yana uzanıb, parça-parça olub. Belə şəhər yoxdur – şəhərə girin, demək olar ki, hər bina dağıdılıb, sanki oradan söküntü qrupu keçib. Onları raketlərlə vurublar. Bunu başlanğıcdan tənzimləmək lazım idi, bu, çox sadə ola bilərdi”.

Respublikaçı namizəd arada Baydeni və “axmaq generalları” da Ukraynaya genişmiqyaslı təcavüzdə günahlandıraraq, bunun onun prezidentliyi dövründə baş vermədiyini və ola da bilməyəcəyini söyləyib: 

“Ukrayna onun (Putinin - red.) gizli xəzinəsi idi. Ölkəmizin, prezidentimizin, Milli kimi axmaq generallarımızın, bizim Əfqanıstanda nə qədər səriştəsiz olduğumuzu görəndə, fikrimcə, o, dedi: “Tramp getdi, bu adamlar axmaqdır, daxil olacağam, öz xəzinəmi götürəcəyəm”. Əgər mən prezident postunda olsaydım, bu, baş verməzdi”. 

Xatirə SADİQ