CHP sədrinin sözlərinə dözmədi, bunları yazdı - Hakan Fidanın paylaşımı
Ötən gün Ankarada baş tutan mitinqdə çıxış edən CHP sədri Özgür Özəl İstanbul meri Əkrəm İmamoğlunun həbsinin ABŞ prezidenti Donald Trampla razılaşdırıldığını deyib.
SAVASHMEDİA.az xəbər verir ki, o, çevriliş cəhdinin təşkilatçılarının Türkiyədə, himayədarının isə ABŞ-də olduğunu deyib:
"Amma unutmayın, nə Amerika, nə də Tramp sizi seçkilərdə xilas etməyəcək!"
Türkiyənin xarici işlər naziri Hakan Fidan isə müxalifət liderinin bu ittihamına cavab verib.
O, X sosial şəbəkəsindəki paylaşımında Özəli tənqid edərək onu dəfələrlə xarici ölkələrdən dəstək almağa çalışmaqda günahlandırıb.
"Seçki qutusundan kənarda legitimlik axtaran və küçələrdə siyasət formalaşdırmağa çalışan Özəldir. Həftələrlə xarici güclərdən kömək umaraq, xarici paytaxtlara dəstək üçün yalvaran, "Özümüzü tərk edilmiş hiss edirik" deyən Özəl idi. Korrupsiya işini qəhrəmanlıq hekayəsinə çevirməyə çalışan da Özəldir", - Türkiyənin xarici işlər naziri yazıb.
Oğuz