COP29 günlərində evdən SMS icazə ilə çıxacağıq? - Rəsmi CAVAB

Vətəndaşları narahat edən daha bir suala rəsmi cavab verilib.

Oct 18, 2024 - 11:36
Oct 18, 2024 - 11:37
COP29 günlərində evdən SMS icazə ilə çıxacağıq? - Rəsmi CAVAB

“Bu məsələ ilə bağlı qeyd edilməlidir ki, COP29 müddətində şəhər sakinlərinin evdən çıxması ilə bağlı səlahiyyətli qurumlar tərəfindən hər hansı məhdudiyyət və qadağaların və ya SMS icazələrin tətbiqi nəzərdə tutulmur”.

SAVASHMEDİA.az apa-ya istinadla xəbər verir ki, bu barədə COP29-un baş icraçı direktoru Elnur Soltanov COP29 müddətində evdən çıxma qadağasının və SMS icazələrin tətbiq ediləcəyinə dair fikirlərə münasibət bildirərkən deyib.

O qeyd edib ki, bu məlumat tamamilə dezinformasiyadır: “İctimaiyyəti bu kimi dezinformasiyalara inanmamağı və yalnız qurumlar tərəfindən verilmiş rəsmi məlumatları əsas götürməyi xahiş edirik".