“Debata vaxtım yoxdur” – prezidentliyə namizəd Aleksandr Lukaşenko
Yeddinci müddətə seçilmək niyyətində olan Belarus prezidenti Aleksandr Lukaşenko bildirib ki, onun seçkiqabağı debatlarda iştirak etməyə vaxtı yoxdur və seçki kampaniyasının gedişini izləmir.
SAVASHMEDİA.az bu barədə “The Moscow Times” nəşrinə istinadən xəbər verir.
“Buna vaxtım yoxdur. İndi debatın vaxtı deyil. Bu gün sözlər lazım deyil. Bu gün əməllər lazımdır. İndi inkişaf etmək, mübarizə aparmaq lazımdır. Ona görə də öz məsələlərimlə məşğul olmağa davam edirəm”, - deyə Lukaşenko Minsk şəhər texnoparkını ziyarət edərkən deyib.
Bundan öncə isə Lukaşennko rayon icraiyyə komitələrinin sədrləri ilə görüşdə seçkilərdən “Amerika şousu” deyil, “bayram” düzəldilməsini tələb edib. Onun sözlərinə görə, Belarus hakimiyyətinin üstünə hər hansı yaramazın düşməməsi üçün seçkilərdə heç bir halda qanun pozulmamalıdır.
Xatırladaq ki, Belarusda prezident seçkiləri yanvarın 26-da keçirilməlidir.
Lukaşenko ötən ilin payızında Belarusa ondan başqa kimin rəhbərlik edə biləcəyini bilmədiyini söyləmişdi: “Dünən bu barədə düşündüm: yaxşı, bəs kim? Bax, mən gələndə siz deyəcəksiniz: qulaq as, bu vəziyyətdə kimə dəstək olmağı məsləhət gör. Düzünü desəm, bilmirəm”.
Sonra isə o, ölkədə hakimiyyəti yeni nəslə ötürməyə və yeni hakimiyyətin dövründə yaşamağa hazır olduğunu bildirdi, amma əmin etdi ki, nə qədər ki, “sağlamlığı var” o, dövlət vəzifəsində çalışacaq: “Öz əlimizlə yaratdığımızı qorumaq üçün”.
Xatirə SADİQ