"Dedilər ki, Zelenski ilə eyni masada oturmaq istəmirik" - Orban adlar çəkdi
Macarıstanın Baş naziri Viktor Orban Ukrayna Prezidenti Volodimir Zelenskinin NATO-nun Haaqa sammitinə niyə dəvət edilməməsinin səbəbini açıqlayıb.
SAVASHMEDİA.az xəbər verir ki, o, Macarıstan , Slovakiya , Türkiyə və ABŞ liderlərinin Ukrayna prezidentini NATO-nun Haaqa sammitində görmək istəmədiklərini deyib.
"Amerikalılar, türklər, slovaklar və biz açıq şəkildə bildirdik ki, biz NATO-nun sammitində cənab Zelenski ilə bir masa arxasında oturmaq istəmirik", - Orban bildirib.
O, Zelenskinin işçi görüşlərdə iştirak etməməsini “əvvəlki səhifənin qapandığına” işarə adlandırıb.
Orban həmçinin qeyd edib ki, Macarıstanın milli maraqları Ukrayna ilə nə NATO, nə də Avropa İttifaqı ilə bir cərgədə olmamağı tələb edir.
Bundan əvvəl Orban tərəfdarları ilə qapalı görüşdə Ukraynanın NATO-ya daxil olmasının mümkünsüzlüyünü bəyan etmişdi . Onun sözlərinə görə, Ukrayna Şimali Atlantika Alyansı ilə Rusiya arasında müharibə riskini artıra biləcəyi səbəbindən ittifaqa daxil ola bilməz.
Oğuz