"Dediyin o sözü sənə yedirdərəm" - Özgür Özəl sərt danışdı

Türkiyənin ana müxalifət partiyası CHP-nin sədri Özgür Özəllə müxalif jurnalist Yılmaz Özdil arasında gərginlik yaşanıb.

May 9, 2025 - 14:09
"Dediyin o sözü sənə yedirdərəm" - Özgür Özəl sərt danışdı

SAVASHMEDİA.az xəbər verir ki, Ö.Özəlin sabiq TBMM sədrinin vida mərasimində hücuma məruz qalmasından sonra müxalif jurnalist Yılmaz Özdil Sözcü TV-də partiya sədri üçün “mühafizəsi zəifdir, armud kimi gəzir, geri addım atır” deyib.

Özəl isə elə həmin telekanalda qatıldığı proqramda həm jurnalisti efirə çıxaran Sözcü TV-yə, həm də Yılmaz Özdilə sərt reaksiya verib:

“Bu adamı efirə çıxarırsınız, o da əlini boş yollamayın deyir, təhqir edir. Təbii ki, onun sözlərini yayımlayan qurumun da siyasətini çərçivələtmək lazımdır. Təhqir edir və bu kresloda otura bilir. Bir nəfər də bir şey demir. Həmin gün cənazə mərasimi vardı, həyat yoldaşımı, qızımı ünvanları ilə hədələyirlər, o hər şeyi bilən qəhrəman abi də (Yılmaz Özdil- red) efirə çıxıb armud deyir, geri addım atdı deyir. Geri addım atan beləmi danışır?  O geri addımı yedirərəm sənə”.

Özgür Özəlin sözlərinə Yılmaz Özdildən cavab gecikməyib:

“Məncə, Özgür Özəl Sözcü TV-də məni nə qədər sevdiyindən danışıb. İzləyə bilməmişəm, amma mənim onu niyə bu qədər çox sevdiyimin cəmiyyətin bilmədiyi, amma öyrənəcəyi bir səbəbi var. Eşqim səbəbsiz deyil”.

Banu