DTX-də Cəmil Həsənliyə bu sualları veriblər - Özü AÇIQLADI

Milli Şuranın sədri Cəmil Həsənli Dövlət Təhlükəsizliyi Xidmətində dindirilməsi ilə bağlı paylaşım edib.

Nov 30, 2025 - 23:11
DTX-də Cəmil Həsənliyə bu sualları veriblər - Özü AÇIQLADI

SAVASHMEDİA.az-ın xəbərinə görə o, dindirilmə prosesində ona hansı sualların verildiyini açıqlayıb.

Cəmil Həsənlinin paylaşımını ixtisarla təqdim edirik:
 
"Narahat olan dostlara təşəkkürlər! DTX-ya çağırmışdılar. Bəzi sulları vardı, verdilər və biz də onları maraqlandıran məsələyə aydınlıq gətirdik. 

DTX-da mənim Ramiz Mehdiyevin işi ilə bağlı dindirib ifadə aldılar. Mən də izah etdim ki, bu ölkədə Ramiz Mehdiyev vəzifədə olanda onun əleyhinə məndən çox yazan olmayıb. 

Daha sonra Ziyalılar Forumu, Milli Şura, Rusiyada milyarderlər ittifaqı, 2013-cü ilin prezident seçkiləri, prezident seçkilərinə namizəd göstərilməyim və sair məsələlərlə bağlı maraqlandılar. Mən də müvafiq qaydada cavablar  verdim, dəqiqləşmələr apardım. Tez-tez Ziyalı Forumu və Milli Şuranın haradan maliyələşməsi ilə maraqlanırdılar". 

Oğuz