“Mən türkün ayaqqabısını yalamışam?" - Paşinyan rəqiblərini görüşə çağırdı

Ermənistanın baş naziri Nikol Paşinyan sosial şəbəkədə erməni istifadəçilərlə mübahisə edib.

Jun 5, 2025 - 13:15
“Mən türkün ayaqqabısını yalamışam?" - Paşinyan rəqiblərini görüşə çağırdı

Keçmiş prezident Robert Koçaryanın köməkçisi Artur Soqoyan "Qoy Nikol Paşinyan özü aydınlaşdırsın: o, türkün ayaqqabısını yalayıb?" deyə yazıb. Onu “Qarabağı satmaqda”, “Azərbaycana işləməkdə” ittiham edib.

Paşinyan da şərh bölməsində ona cavab verib.

“Mən türkün ayaqqabılarını yalayıram? Qarabağı mən satmışam? Bu və digər suallarınıza cavab vermək üçün sizi və belə düşünən hər kəsi “Təhsil dəbdədir” hərəkatının toplantılarına dəvət edirəm. Əminəm ki, sizi maraqlandıran suallara cavab tapacaqsınız”, - o bildirib.

Soqoyan da cavabında yazıb ki, "Bilsəm ki, "Təhsil dəbdədir" çərçivəsində türkün ayaqqabısını necə yaladığınızdan danışırsınız, mütləq iştirak edəcəm". (publika)