Tramp Netanyahunu HƏDƏLƏDİ - "Bibiyə dedim ki, tək qalacaqsan"
ABŞ prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahuya sərt mesaj göndərdiyini bildirib.
SAVASHMEDİA.az xəbər verir ki, Tramp İran gərginliyi fonunda Vaşinqtonun İsrailə dəstəyinin şərtsiz olmadığını vurğulayıb.
Onun sözlərinə görə, İsrail İrana planlaşdırılan zərbələr barədə ABŞ-ni yalnız hücumdan qısa müddət əvvəl məlumatlandırıb.
Tramp iddia edib ki, İsrailin əməliyyatlarının miqyasını məhz o azaldıb: “İsrail təyyarələri artıq İrana doğru gedirdi, amma mən hücumun miqyasını məhdudlaşdırdım”.
ABŞ prezidenti həmçinin qeyd edib ki, Yaxın Şərqin azı beş ölkəsi İsrailə təsir göstərməsi üçün ondan kömək istəyib.
“Mən Bibiyə (Netanyahu nəzərdə tutulur -red) dedim ki, çox diqqətli olmalıdır. Əks halda tezliklə tək qala bilər”, - Tramp vurğulayıb.
Onun iddiasına görə, iyunun 8-də İran tərəfi ABŞ administrasiyası ilə əlaqə saxlayaraq, İsrail də eyni addımı atacağı halda hücumları dayandırmağa hazır olduqlarını bildirib.
Oğuz