"Sərxoşdurlar, dindirmək mümkün olmayıb" - DİN

Paytaxtın Xətai rayonu, Babək prospektində yerləşən şadlıq saraylarından birinin qarşısında baş verən insidentin qarşısı polis əməkdaşları tərəfindən alınıb.

Jun 9, 2026 - 01:43
"Sərxoşdurlar, dindirmək mümkün olmayıb" - DİN

DİN-in Mətbuat Xidmətindən SAVASHMEDİA.az-a bildirilib ki, ictimai qaydanı pozan 5 nəfər sərxoş vəziyyətdə polis şöbəsinə gətirilib.

Həmin şəxslər ağır dərəcədə sərxoş olduqlarından ilkin mərhələdə dindirilmələri mümkün olmayıb.

Araşdırmalar davam etdirilir.