Bu müsəlman ölkəsində qurban kəsmək – Qadağan edildi
Yeddi ildir şiddətli quraqlıqla mübarizə aparan müsəlman ölkəsində qurban kəsmək qadağan edilib.
SAVASHMEDİA.az xəbər verir ki, Mərakeş hökuməti Qurban bayramı ərəfəsində heyvan bazarlarını bağlayıb.
Yağışın 30 illik orta göstəricidən 53 faiz aşağı olduğu Mərakeşdə bayramı öncəsi heyvanların qurban kəsilməsi ilə bağlı bütün ticarət fəaliyyətlərinin dayandırılması barədə qərar verilib.
Qərarın ölkədə son illərdə artan quraqlıq, heyvan sayının azalması və xərclərin artması ilə əlaqədar qəbul edildiyi açıqlanıb. Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, Mərakeşdə son 7 ildir davam edən quraqlıq heyvan ehtiyatının 38 faiz azalmasına səbəb olub.
Xatırladaq ki, Mərakeş kralı VI Məhəmməd hələ fevral ayında Qurban bayramı ilə bağlı verdiyi açıqlamada xalqı bu il qurban kəsməkdən çəkinməyə çağırıb və Mərakeş xalqı adından simvolik olaraq qurban kəsəcəyini açıqlayıb.
Qeyd edək ki, 1963, 1981 və 1996-cı illərdə də ölkədə qurban kəsmək qadağan edilib.
Banu