Əfsanəvi aktyor vəfat etdi - FOTOLAR
ABŞ-nin əfsanəvi aktyoru və rejissoru Robert Redfort vəfat edib.
SAVASHMEDİA.az xəbər verir ki, məşhur aktyorun ölüm xəbərini mətbuat katibi Sindi Berger yayıb.
O bildirib ki, 89 yaşlı Redford ABŞ-nin Yuta ştatındakı evində yuxuda ikən həyatını itirib. Aktyorun ölüm səbəbi açıqlanmayıb.
Qeyd edək ki, Robert Redfort "All the President's Men", "Butch Cassidy and the Sundance Kid" və "The Sting" kimi məşhur filmlərdə baş rolda oynayıb. O, Oskar mükafatına layiq görülüb. İki dəfə ailə quran aktyor 5 il öncə ilk evliliyindən olan oğlunu itirib.
Banu
Fotolarda: Robert Redfort