Elektron siqaretə görə cərimələrin MƏBLƏĞİ

Milli Məclisin bu gün keçirilən plenar iclasında İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişikliklər üçüncü oxunuşda müzakirəyə çıxarılıb.

Mar 3, 2026 - 13:58
Elektron siqaretə görə cərimələrin MƏBLƏĞİ

SAVASHMEDİA.az-ın xəbərinə görə, qanun layihəsində bildirilir ki, elektron siqaretlərin və onların komponentlərinin idxalı, ixracı, istehsalı, topdan və pərakəndə satışı və satış məqsədilə saxlanılmasına görə cərimə müəyyənləşir.

Layihəyə əsasən, aprelin 1-dən elektron siqaretlərin və onların komponentlərinin idxalı, ixracı, istehsalı, topdan və pərakəndə satışı və satış məqsədilə saxlanılmasına görə inzibati xətanın bilavasitə obyekti olmuş mallar müsadirə edilməklə, fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min altı yüz əlli manatdan 2 min iki yüz manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan 5 min manatadək məbləğdə cərimə ediləcək.

"Tütün və tütün məmulatı haqqında” qanuna edilən dəyişikliyə əsasən, aprelin 1-dən elektron siqaretlərin və onların komponentlərinin idxalı, ixracı, istehsalı, saxlanılması, topdan və pərakəndə satışı və istifadəsi qadağan edilir.

Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib. Qanun 2026-cı il aprelin 1-dən qüvvəyə minir.

Oğuz