"Elgünü təcili yardım maşınına qoyanda..." - İlk videonu tibb bacısı yayıbmış + VİDEO

Gəncədə 11-ci sinif sinif şagirdinin ağlasığmaz bədən xəsarətləri alaraq ölməsi faktı ilə bağlı müxtəlif fikirlər var. 

May 23, 2025 - 21:14
"Elgünü təcili yardım maşınına qoyanda..." - İlk videonu tibb bacısı yayıbmış + VİDEO

Hadisə Gəncə və ölkə ərazisində sözün həqiqi mənasında şok effekti yaradıb. Hər kəs bu hadisənin əslində necə baş verdiyini bilmək istəyir. 

SAVASHMEDİA.az xəbər verir ki, sosial şəbəkələrdə, həmçinin, bir sıra media qurumlarında Elgünün ölümü ilə bağlı müxtəlif versiyalar dolaşır. 

Əsas ehtimallar sırasında intihar faktı da var. Onu deyək ki, Elgün İbvarhimovun yaxınları 11-ci sinif şagirdinin intihar edə biləcəyi ehtimalını qəbul etmirlər. 

Elgünün musavat.tv-yə danışan yaxınları bəzi məqamlara aydınlıq gətiriblər.