Əli Kərimlinin mühafizəçisi saxlanıldı - SƏBƏB

Əli Kərimlinin mühafizəçisi Kənan Zeynalovun saxlanılması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirilib.

Mar 22, 2025 - 13:55
Əli Kərimlinin mühafizəçisi saxlanıldı - SƏBƏB

SAVASHMEDİA.az xəbər verir ki, martın 21-i saat 20 radələrində Suraxanı rayonu Yeni Günəşli qəsəbəsində paytaxt sakini 36 yaşlı Anar Rəhimovun qarın nahiyəsindən kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya yerləşdirilməsi barədə polisə məlumat daxil olub.

Keçirilən tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən 59 yaşlı Kənan Zeynalov polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb. Hadisənin tərəflər arasında yaranan şəxsi münasibətlər zəminində baş verdiyi məlum olub.

Qeyd edək ki, məlumatı DİN-in mətbuat xidmətinin Media və İctimaiyyətlə əlaqələr Şöbəsinin rəisi Anar Qafarov təsdiq edib.