Namiq Mənanın qızı və nəvəsi qəzaya düşdü - ANBAAN VİDEO
Quba rayonunda yağan qar səbəbilə KIA markalı avtomobil idarəetmədən çıxaraq qayadan aşıb.
Avtomobildə isə sürücü, onun həyat yoldaşı və azyaşlı övladı olub. Hadisə avtomobildə olan uşaq tərəfindən anbaan lentə alınıb.
SAVASHMEDİA.az bakupost.az-a istinadla xəbər verir ki, sonradan qəzaya düşən avtomobilin sürücüsünün tanınmış meyxana ustası Namiq Mənanın kürəkəni olduğu məlum olub.
Yaydığımız videogörüntülərdə qışqıran qadın meyxanaçının qızı, hadisəni çəkən azyaşlı uşaq isə Namiq Mənanın nəvəsidir.
Məlumata görə, Namiq Mənanın qızı ixtisasca ingilis dili müəllimidir və hazırda məşhur liseylərindən birində pedoqoji fəaliyyət göstərir.