Maduro və arvadı yatarkən yaxalanıblar - DETALLAR + FOTO
ABŞ hərbçiləri tərəfindən saxlanılan Venesuela Prezidenti Nikolas Maduro və həyat yoldaşı artıq Nyu-Yorka aparılıb.
SAVASHMEDİA.az xəbər verir ki, helikopterlə Venesueladan çıxarılan cütlük, daha sonra gəmi ilə Nyu Yorka çatdırılıb.
ABŞ-nin gözlənilməz gecə əməliyyatı ilə bağlı ən maraqlı detal isə odur ki, Prezident Nikolas Maduro və həyat yoldaşı Cilia Flores gecə yatarkən yaxalanıblar. Məlumata görə, prezidentin yataq otağına daxil olan 2 hərbçi onları elə yataqda ikən qandallayıb.
ABŞ hərbçilərinin Venesuela prezidentinin yataq otağına necə daxil ola bilməsi, təhlükəsizlik qüvvələrinin bu zaman harada olması isə açıq qalan suallardandır.
Oğuz
Venesuela prezidentinin saxlanıldıqdan bir neçə saat sonra çəkilmiş fotosunu təqdim edirik: