Hər şeyi Zelenskinin geyimi həll edəcək - Trampla görüşə kostyumda gəlsə...
Ukrayna Prezidenti Volodimir Zelenskinin ABŞ lideri Donald Trampla görüşə rəsmi geyim formasında gəlib-gəlməyəcəyi səbirsizliklə gözlənilir.
SAVASHMEDİA.az xatırladır ki, bu ilin martında Volodimir Zelenskinin Oval kabinetə qeyri-rəsmi geyim formasında gəlməsi böyük müzakirələrə səbəb olmuşdu.
Donald Tramp onu Ağ Evdə qarşılayarkən istehza ilə “Bu gün çox rəsmi geyinmisən” demiş, daha sonra isə mühafizəkar televiziya kanalı "Real America’s Voice"ın jurnalisti Brian Qlenn Zelenskinin kostyum geyinməməsini Oval Ofisin nüfuzuna hörmətsizlik kimi dəyərləndirmişdi.
Maraqlıdır, aylar sonra yenədən Trampla görüşə yollanan Zelenski geyim tərzini dəyişəcəkmi?
Nüfuzlu “Axios” nəşri mövzu ilə bağlı məqalə dərc edib. Nəşr iddia edib ki, Ağ Ev Ukrayna rəsmilərindən prezident Volodimr Zelenskinin Oval kabinetdə prezident Trampla görüşündə kostyum geyinib-geyinməyəcəyini soruşub.
“Əgər Zelenski bu gün kostyum və qalstukda görünsəydi, bu, sülh nişanəsi olardı. Amma biz onun belə geyinəcəyini gözləmirik”, — Trampın müşaviri nəşrə bildirib.
Ukrayna prezidentinin bu gün Ağ Evə, iyun ayında Niderlandda keçirilən NATO sammitində geyindiyi qara gödəkçə ilə gələcəyi gözlənilir.
Oğuz