Əli Xamenei bu məşhur azərbaycanlılarla QOHUM İMİŞ - DOSYE
İranın mərhum Ali Rəhbəri Seyid Əli Xameneinin milliyətcə Azərbaycan türkü olduğu sirr deyil.
SAVASHMEDİA.az xatırladır ki, Əli Xamenei İranın Məşhəd şəhərində anadan olsa da, nəsil şəcərəsi Təbrizə qədər uzanır.
Belə ki, onun atası Seyid Cavad Xamenei Təbriz yaxınlığındakı Xamane kəndində anadan olub. Xameneinin atası gənclik illərində işi ilə əlaqədar olaraq Məşhədə köçmüş və oğlu Əli də burada doğulmuşdur.
Xamane kəndi Azərbaycan oxucusuna həm də dahi yazıçı Mirzə Fətəli Axundovu xatırladır. Belə ki, o da əslən bu kənddən olub və Əli Xameneinin yerlisidir.
Axundovun atası da eynən Xameneinin atası kimi buradan köçmüş və Şəkidə məskunlaşmışdr.
Xameneinin daha bir məşhur azərbaycanlı ilə qohumluğu isə çoxlarına məlum deyil.
Tarixçi Yadigar Sadıqlının son araşdırmasına görə, Əli Xamenei 1918-20-ci illərdə Cənubi Azərbaycanda baş vermiş inqilabın lideri Şeyx Məhəmməd Xiyabani ilə qohum olub. Belə ki, Xamenei Şeyx Məhəmməd Xiyabaninin qaynının oğludur.
Oğuz