Əliyevi təbrik etdi, Ərdoğana "bəs sən haradayadın?" dedi - İmamoğludan sərt reaksiya
İstanbulun həbsdə olan bələdiyyə sədri, CHP-nin prezidentliyə namizədi Əkrəm İmamoğlu Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin razılaşdırılmasını alqışlayıb.
SAVASHMEDİA.az xəbər verir ki, Ə.İmamoğlu razılaşmanı yüksək qiymətləndirib.
"Bu, minlərlə insanın həyatına son qoyan və illərdir həll olunmayan münaqişənin yaralarını sağaltmaq və bölgəmizdə mehriban qonşuluq münasibətlərini bərpa etmək üçün tarixi fürsətdir. Bu cəsarətli addıma görə Azərbaycan Prezidenti İlham Əliyevi və Ermənistanın Baş naziri Nikol Paşinyanı təbrik edirəm" – İmamoğlu bildirib.
İmamoğlu bu prosesdə Türkiyənin olmamasını AKP hökumətinin siyasi zəifliyi ilə əlaqələndirib və Rəcəb Tayyib Ərdoğanı günahlandırıb:
“Bölgəmizdə “oyun qurucusu” olduğunu iddia edən və iki qonşu ölkə arasında vasitəçilik etmək üçün ciddi səylər göstərən Ərdoğan hökuməti bu kritik sülh prosesində aktorlar arasında deyildi. Qarabağ münaqişəsində Azərbaycanın yanında olan və onun strateji qazanclarında pay sahibi olan Türkiyənin masa arxasında oturmasını təmin etmək üçün addımların atılmaması Türkiyə diplomatiyasında ciddi zəifliyi göstərir”.
Banu