Emin Ağalarovun nənəsinin pulunu oğurladılar
Xalq artisti Emin Ağalarov nənəsi ilə bağlı maraqlı xatirəsini bölüşüb.
SAVASHMEDİA.az xəbər verir ki, Emin nənəsinin pulunu oğurlayan şəxsin necə tapıldığından danışıb.
O, pullarının oğurlandığını görən nənəsinin oğrunu müəyyən etmək üçün unikal metoda əl atdığını bildirib:
“Evdə isə iki xidmətçi vardı. Nənəm pullarını kimin götürdüyünə əmin olmaq üçün pullarını nömrələyib. Sonra şübhələndiyi xidmətçidən pul istəyib. O isə heç nəyin fərqinə varmadan nömrələnmiş pulu verib. Beləliklə oğru tapılmış oldu. Amma bu, məndə mümkün deyil. Çünki mənim çox pulum var, onları nömrələmək mümkün deyil”.
Yağmur