Doğulacaq övladınızın qanı neçənci qrup olacaq? - Hesablama düsturu
Qan qrupları insan qanının hüceyrə və plazma tərkibinə əsasən müəyyən edilən kateqoriyalardır.
SAVASHMEDİA.az xəbər verir ki, qan qrupları iki əsas sistem üzrə təsnif edilir. ABO və Rh (Rhesus) sistemi. Hər iki sistem birgə insanın qan qrupunu müəyyən edir.
AB0 sisteminə görə 4 əsas qan qrupu var:
O (I) - Heç bir antigeni yoxdur, həm A, həm də B antikoru var. Universal donordur.
A (II) - A antigeni var, B antikoru var.
B(III) - B antigeni var, A antikoru var.
AB (IV)- Həm A, həm də B antigeni var, antikor yoxdur. Universal alıcı, yəni resipiyentdir.
Rh Sistemi
Bu sistem qanda Rh (D) antigeninin olub-olmamasına əsaslanır:
Rh+ (pozitiv) - Rh antigeni var.
Rh− (negativ) - Rh antigeni yoxdur.
Uşağın qan qrupu valideynlərinin qan qruplarına əsasən müəyyən edilir. Bu proses genetik qanunlara, əsasən AB0 və Rh (rezus) sistemlərinə əsaslanır.
Uşağın qan qrupunu təyin etmə düsturu:
Valideynlər (ana + ata / ata+ana) Uşaqda ola biləcək qan qrupları
0 + 0 Yalnız 0
0 + A 0 və ya A
0 + B 0 və ya B
0 + AB A və ya B
A + A A və ya 0
A + B A, B, AB və 0
A + AB A, B və AB
B + B B və ya 0
B + AB A, B və AB
AB + AB A, B və AB
Rezus faktoru (Rh) təyin etmə düsturu:
Valideynlər (Rh) Uşaqda ola biləcək Rh
(Rh+) + (Rh+) Rh+ və ya Rh-
(Rh+) + (Rh-) Rh+ və ya Rh-
(Rh-) + (Rh-) Yalnız (Rh-)
Banu