Emin Əmrullayev onu direktor təyin etdi - FOTO

"Təhsil TV"yə yeni direktor təyin olunub. 

Nov 27, 2025 - 01:23
Emin Əmrullayev onu direktor təyin etdi - FOTO

SAVASHMEDİA.az-ın xəbərinə görə, bu barədə elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb. 

Əmrə əsasən, Çingiz Səfərli "Təhsil TV"nin direktoru vəzifəsinə gətirilib. O, bundan əvvəl "Azərbaycan müəllimi" qəzetində çalışıb.

Qeyd edək ki, "Təhsil TV" Elm və Təhsil Nazirliyinə məxsusdur. Televiziya internet üzərindən yayımlanır.

Aytən İbrahimova

Fotoda Çingiz Səfərli