Paşinyan Nəsimi Musayevə görə onu İŞDƏN ÇIXARDI

Ermənistanın baş naziri Nikol Paşinyan Milli Təhlükəsizlik Xidmətinin direktor müavini Davit Sanamyanı vəzifəsindən azad edib.

Oct 5, 2026 - 17:09
Paşinyan Nəsimi Musayevə görə onu İŞDƏN ÇIXARDI

SAVASHMEDİA.az Ermənistan mediasına istinadən xəbər verir ki, qərar Azərbaycan hərbçisi Nəsimi Musayevin Ermənistan ərazisinə keçməsi ilə bağlı insidentdən bir neçə gün sonra verilib.

Sanamyanın vəzifədən azad edilməsinin rəsmi səbəbi açıqlanmasa da, erməni mediası qərarı Musayevin Sünik vilayətində saxlanılması ilə əlaqələndirir.

Qeyd edək ki, Azərbaycan hərbçisi oktyabrın 1-də Ermənistan ərazisində saxlanılıb və barəsində iki aylıq həbs qətimkan tədbiri seçilib.

Səlcuq