Əraqçı bazar ertəsi Putinlə görüşəcək

Bazar ertəsi İranın xarici işlər naziri Abbas Əraqçi Putinlə görüşəcək.

Jun 21, 2025 - 12:00
Əraqçı bazar ertəsi Putinlə görüşəcək

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Axios” portal məlumat yayıb.

Nəşrin məlumatına görə, Cenevrədə avropalı liderlərlə danışıqları olan iranlı nazir Moskvaya səfəri zamanı İsraillə müharibəni müzakirə edəcək.

Qeyd edək ki, İran xarici siyasət idarəsinin başçısının bu gün İstanbulda keçirilən İslam Əməkdaşlıq Təşkilatının toplantısına qatılması gözlənilir.

Xatirə SADİQ