Ərdoğan gürcü həmkarını təbrik etdi
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Gürcüstan prezidenti seçilməsi münasibətilə Mixail Kavelaşvilini təbrik edib.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “News Georgia” portalı məlumat yayıb.
“Bu şərəfli vəzifəni yerinə yetirməkdə sizə uğurlar arzulayıram. Əminəm ki, fəaliyyət göstərdiyiniz müddətdə ölkələrimiz arasında ümumi maraqlarımıza uyğun gələn və regionun çiçəklənməsinə xidmət edən dostluq və sıx əməkdaşlığı bundan sonra da inkişaf etdirəcəyik”, – deyə Ərdoğan vurğulayıb.
“News Georgia” qeyd edib ki, indiyədək Kavelaşvilini Türkiyə prezidentindən başqa Azərbaycan, Ermənistan, Serbiya və Belarus liderləri təbrik ediblər.
Ukrayna mediası bu hadisəni Gürcüstanın anti-Qərb “prezidenti”nin NATO dövləti liderinin təbrik etməsi kimi qələmə verib.
Qeyd edək ki, Gürcüstan prezidenti, müxalifəti və vətəndaş cəmiyyətinin böyük hissəsi oktyabrın 26-da keçirilən parlament seçkilərini saxta, yeni parlamenti, hökuməti və prezidenti qeyri-legitim hesab edir.
Kavelaşvilinin andişmə mərasimi dekabrın 29-na təyin olunub. Prezident Zurabişvili bildirib ki, səlahiyyətlərindən imtina etməyəcək. “Gürcü Arzusu” onu həbslə hədələyib.
Xatirə SADİQ