İslamabadda gərgin anlar, iranlılar ultimatum verdi - "Ya şərtimizi qəbul edəcəksiniz, ya da..."
ABŞ və İran arasında İslamabadda baş tutan danışıqlar təxminən iki saat davam edib və bundan sonra nümayəndə heyətləri fasiləyə yollanıblar.
SAVASHMEDİA.az xəbər verir ki, fasilə zamanı İran və ABŞ nümayəndələri arasında gərgin anlar yaşanıb.
Belə ki, fasilə zamanı mütəxəssislərin və müvafiq komitələrin iştirakı ilə ekspert müzakirələri davam etdirilib. Bu zaman İran tərəfi daha bir tələbini irəli sürüb.
İran təmsilçiləri ABŞ ilə danışıqlara yalnız Amerika tərəfi İslam Respublikasının aktivlərinin dondurulmasını ləğv etməyə razı olduqdan sonra başlayıb.
Son məlumata görə, Tehranın iki əsas tələbindən (aktivlərin dondurulmasının aradan qaldırılması və Livanda atəşkəs) birincisi ABŞ nümayəndə heyəti tərəfindən qəbul edilib. Livanda atəşkəsə nail olmaq məsələsi isə müzakirə olunur.
Danışıqlar üçün bir gün nəzərdə tutulmasına baxmayaraq, ekspertlər səviyyəsindəki müzakirələri davam etdirmək məqsədilə görüşün daha bir gün uzadılması ehtimalı var.
Oğuz