Ərdoğanın partiyasına ağır itki - Faciəvi şəkildə öldü - FOTO
Türkiyənin hakim Ədalət və İnkişaf partiyasının (AKP) Muğladan millət vəkili olmuş Ali Boğa faciəvi şəkildə həlak olub.
SAVASHMEDİA.az xəbər verir ki, 76 yaşlı Ali Boğanı Fethiyedə piyada keçidindən keçmək istəyərkən avtomobil vurub.
Hadisə yerinə polis və təcili tibbi yardım cəlb edilib.
Tibbi personal Ali Boğanın hadisə yerində həyatını itirdiyini bildirib.
Türiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və AKP Ali Boğanın ölümü ilə bağlı başsağlığı verib.
Banu
Fotoda: Ali Boğa