Əsədin evindən elə dərmanlar tapıldı ki... - O, ruhi xəstədir?
Bu barədə Amerikanın “New York Times” qəzeti məlumat yayıb.
Keçmiş prezident Bəşər Əsədin sarayını ələ keçirən suriyalı müxaliflər binalardan birində ruhi xəstəliklərə qarşı həblər tapıblar.
Tapılan dərmanlar arasında həkimlərin yuxusuzluq və narahatlıq pozğunluqlarını müalicə etmək üçün təyin etdiyi benzodiazepin də var.
Sarayda Əsədin öz tərcümeyi-halı və Rusiya Silahlı Qüvvələrinin tarixi də daxil olmaqla kitabları da tapılıb.
Qeyd edək ki, dekabrın 8-nə keçən gecə müxalifət qrupları Dəməşqi ələ keçirib. Suriya ordusu komandanlığı Əsəd hakimiyyətinin sona çatdığını elan edib. Eks-prezident ölkəni tərk edərək Rusiyaya gedib və oradan sığınacaq alıb
lent.az