“Eşkıya Dünyaya Hükümdar Olmaz”ın məşhur aktyoru vəfat etdi - FOTO

Türkiyənin məşhur aktyoru Emre Törün vəfat edib.

Jul 16, 2025 - 11:30
“Eşkıya Dünyaya Hükümdar Olmaz”ın məşhur aktyoru vəfat etdi - FOTO

SAVASHMEDİA.az xəbər verir ki, 53 yaşlı aktyorun ölüm xəbərini aktyor Umut Oğuz yayıb.

"Dəfələrlə eyni səhnəni paylaşdığım, heyran olduğum, hər söhbətindən yeni bir şey öyrəndiyim Əmrə dünyasını dəyişdi. Ürəyim çox ağrıyır. Həyat çox qəddardır" – Oğuz qeyd edib.

Məşhur aktyor bir müddətdir mədəaltı vəzi xərçəngindən müalicə alırdı.

Qeyd edək ki, Emre Törün “Kara Melek”, “Üç Kız Kardeş”, “Eşkıya Dünyaya Hükümdar Olmaz” (EDHO), “Hudutsuz Sevda”, “Arka Sokaklar” kimi məşhur seriallarda rol alıb.

Banu

Fotoda: Emre Törün