Ceki Çan Bakıda ona verilmiş xüsusi hədiyyəni PAYLAŞDI - QİYMƏTİ

Azərbaycandakı çəkilişlərini başa vuran dünya şöhrətli aktyor Ceki Çana ölkədən ayrılarkən bir sıra xüsusi hədiyyələr təqdim edilib.

Aug 17, 2026 - 21:39
Aug 17, 2026 - 21:45
Ceki Çan Bakıda ona verilmiş xüsusi hədiyyəni PAYLAŞDI - QİYMƏTİ

SAVASHMEDİA.az xəbər verir ki, Ceki Çan Bakıda ona təqdim edilmiş xüsusi hədiyyələrin fotolarını sosial şəbəkə hesabından paylaşıb.

Hədiyyələr içərisində diqqəti xüsusi ilə cəlb edən isə məxsusi olaraq Ceki Çan üçün hazırlanmış nərdtaxta olub.

Ceki Çana hədiyyə edilmiş nərdtaxtanın qiyməti açıqlanmayıb. Lakin Azərbaycanda əl işi və xüsusi hazırlanmış nərdtaxtaların qiymətləri kifayət qədər yüksəkdir. Kolleksiya xarakterli əl işi nərdtaxtalarının qiymətinin 2 000 manatdan baha olduğu bildirilir.

Xatırladaq ki, Ceki Çan Bakıya “Tanrının zirehi 4: Ultimatum”  filminin çəkilişləri çərçivəsində səfər edib.

Oğuz