"İndiyə qədər bir dəfə də olsun..." - Qurbanovdan Zubir AÇIQLAMASI
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov komandanın heyətindəki dəyişikliklər və Abdullah Zubirin ayrılığı barədə danışıb.
SAVASHMEDIA.az xəbər verir ki, baş məşqçi Zubirin komandadan ayrılmasını dəyərləndirərkən onun peşəkarlığını xüsusi qeyd edib.
“Heyətdə çox ayrılıqlar oldu. Hər oyunçunun öz zamanı var. Zubir kimi futbolçu ilə işləmək hər baş məşqçiyə qismət olmur. O, çox sağlam, intizamlı futbolçu idi. İndiyə qədər onun nə bir məşq buraxdığını, nə də zədələndiyini xatırlamıram. Nadir hallarda çıxmadığı oyunlar olub”, - baş məşqçi bildirib.
Qurbanov “Qarabağ”ın hazırda Zubir səviyyəsində futbolçu axtarışında olduğunu əlavə edib: “Məhz onun kimi futbolçu axtarırıq”.
Səlcuq