"İran mənim vacib bildiyim sazişi imzalamayacaq" - Tramp
ABŞ Prezidenti Donald Tramp İranla mümkün razılaşma barədə açıqlama verib.
SAVASHMEDIA.az xəbər verir ki, Tramp İranın saziş istədiyini, lakin Vaşinqtonun vacib hesab etdiyi şərtləri qəbul etməyəcəyini bildirib.
“İran saziş istəyir, amma mənim vacib hesab etdiyim sazişi imzalamayacaqlar”, – Tramp deyib.
O, ABŞ-ın əsas tələbinin İranın nüvə silahına sahib olmaması olduğunu vurğulayıb.
“Bizim orada olmağımızın bir səbəbi var: İran nüvə silahına sahib ola bilməz”, - ABŞ Prezidenti qeyd edib.
Aytən