Ev dustağı olan Rəqsanə toylara gedəcəyini dedi - "Necə?" sualının cavabı
Bir müddət əvvəl ev dustaqlığına buraxılan müğənni Rəqsanə İsmayılovanın canlı yayıma qatılması sosial şəbəkədə müzakirələrə səbəb olub.
SAVASHMEDİA.az xəbər verir ki, ifaçı "Tarixin bir günü" proqramında məsələyə aydınlıq gətirib.
"Mənə qoyulan qaydanın saatı, dəqiqəsi var. Toylara gedə biləcəyəm, amma bəlli saatda. Efirə də ona görə çıxa bilirəm", - deyə suallara son qoyub.
Qeyd edək ki, Rəqsanə İsmayılova bir nəfərə yalan vəd verərək 520 min dollarını və 30 min manatlıq qızıl-zinət əşyalarını ələ keçirməklə ittiham olunur. Qızı Aysun onun borcunun 100 min manatını ödədikdən sonra ifaçı ev dustaqlığına buraxılıb.
Aytən