Ramiz Mehdiyev işinə görə bu məşhurlar da dindiriləcək - ADLAR

Prezident Administrasiyasının və AMEA-nın sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi üzrə yenilik var.

Dec 5, 2025 - 14:23
Dec 5, 2025 - 14:33
Ramiz Mehdiyev işinə görə bu məşhurlar da dindiriləcək - ADLAR

SAVASHMEDİA.az xəbər verir ki, Gununsesi.info-nun əldə etdiyi məlumata görə, “Ramiz Mehdiyev İşi”nə AMEA-nın vitse-prezidentləri də cəlb olunub.

Məlumatda bildirilir ki, Ramiz Mehdiyevə qarşı verilən ittihamlara biri də əlavə olunacaq. Buna səbəb isə Ramiz Mehdiyevin AMEA-ya rəhbərlik etdiyi dövrdə korrupsiya halları barədə müraciətlərin  istintaq orqanına daxil olmasıdır.

Bu araşdırmalar nəticəsində Ramiz Mehdiyevə Cinayət Məcəlləsinin 179 (Mənimsəmə və ya israf etmə) maddəsi üzrə ittiham elan olunması gözlənilir.

Məlumata görə AMEA-nın prezidenti İsa Həbibəyli, vitse-prezidentlər Dilqəm Tağıyev və İradə Hüseynova, həmçinin İşlər İdarəsinin rəhbəri Elton Məmmədov “Ramiz Mehdiyev İşi” üzrə dindiriləcək.

Qeyd edək ki, dövlət əleyhinə ağır cinayətlərdə ittiham olunan sabiq PA rəhbəri barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.