Evdə vurulan iynədən şoka düşərək ölən qadının FOTOsu

Qax rayonunda evdə iynə vurulan qadın şoka düşərək ölüb.

Mar 23, 2025 - 23:38
Evdə vurulan iynədən şoka düşərək ölən qadının FOTOsu

SAVASHMEDİA.az xəbər verir ki, hadisə ötən gün baş verib.

Belə ki, 1963-cü il təvəllüdlü Qax rayonu, Tasmalı kənd sakini Şabanova Şəfəq Mürsəl qızı ev şəraitində inyeksiya olunan "Seftriakson" dərmanın əks təsirindən anafilaktik şoka düşərək ölüb.

Qeyd edək ki, 1963-cü il təvəllüdlü Şəfəq Mürsəl qızı Şabanova Qax rayonu, Tasmalı kənd məktəbinin müəllimi olub.

İynə vurulandan sonra şoka düşərək ölən qadının fotosu yayılıb.

Həmin fotonu təqdim edirik:

Fotoda Şəfəq Şabanova