Evində ölü tapılan aparıcının məktubu üzə çıxdı - "Sən günahkar deyilsən, bəhanə axtarırdım"
İki gün öncə həyatını itirən türkiyəli aparıcı Esen Gökün ölümündən öncə yazdığı məktub ortaya çıxıb.
SAVASHMEDİA.az xəbər verir ki, E.Gök məktubda bacısına xitab edərək onu günahlandırmadığını bildirib.
“Bacı, sən məsuliyyət daşımırsan, sən səhv etməmisən. Mən həmişə bəhanə axtarmışam” – aparıcı qeyd edib.
Xatırladaq ki, məşhur aparıcı 19 iyulda evində ölü tapılıb. O, 11 iyulda çalışdığı Tay TV-də izləyiciləri ilə “Məzuniyyətə çıxıram, sizdən bir həftəlik icazə istəyirəm” deyərək sağollaşıb.
Qeyd edək ki, Esen Gök Türkiyənin ilk qadın at yarışı şərhçisidir.
Banu
Mövzu ilə bağlı ilk xəbərin linki: https://savashmedia.az/turkiyenin-meshur-aparicisi-evinde-olu-tapildi-fotolar
Fotoda: Esen Gök