Türkiyənin məşhur aparıcısı evində ölü tapıldı - FOTOLAR

Türkiyənin məşhur aparıcısı Esen Gök evində ölü tapılıb.

Jul 19, 2025 - 22:05
Türkiyənin məşhur aparıcısı evində ölü tapıldı - FOTOLAR

SAVASHMEDİA.az xəbər verir ki, dostları məşhur aparıcıdan 36 saat xəbər ala bilməyiblər. Nigaran qaldıqları üçün aparıcının yaşadığı yerə gəliblər. Lakin komendant binaya daxil olmalarına icazə verməyib. Bundan sonra polisə xəbər verilib. 

Polis aparıcının evinin qapısını çilingər çağıraraq açdırıb və onun cansız bədəni ilə qarşılaşıb. Faktla bağlı araşdırmalara başlanılıb.

Qeyd edək ki, Esen Gök 6 ildir ki, at yarışları üzrə aparıcılıq edir. O, eyni zamanda Türkiyənin ilk qadın at yarışı şərhçisidir.

Banu

Fotolarda: Esen Gök