“Fənərbağça” bu azərbaycanlıya yüksək vəzifə verdi - FOTOLAR
Türkiyənin “Fənərbağça” idman klubu azərbaycanlı atlet Ramil Quliyevə vəzifə verib.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə klubun rəsmi saytında məlumat yerləşdirilib.
Məlumata görə, Dünya və Avropa çempionu Ramil Quliyev “Fənərbağça”nın Atletika Departamentinin yeni rəhbəri təyin edilib.
Klubun binasında keçirilən imzalama mərasimində “Fənərbağça”nın Atletika üzrə İdarə Heyətinin üzvü Ozan Vural və Həvəskar Filiallar üzrə koordinatoru Yüksel Seçkin Saruhan da iştirak edib.
Banu