FİFA prezidenti İlham Əliyevə təşəkkür etdi

Qlobal iqlim problemlərini həll etmək üçün dünya liderlərinin toplaşdığı Bakıda keçirilən COP29-a dəvət almaq şərəfli idi.

Nov 14, 2024 - 10:32
FİFA prezidenti İlham Əliyevə təşəkkür etdi

SAVASHMEDİA.az xəbər verir ki, bunu FİFA prezidenti Canni İnfantino şəxsi İnstaqram hesabında yazıb.

O, paylaşımında tədbirdə planetin, həmçinin futbolun gələcəyini Prezident İlham Əliyev, bir çox dövlət başçısı və hökümət nümayəndəsi ilə müzakirə etdiyini bildirib:

"FİFA beynəlxalq təşkilat olaraq, ətraf mühit və iqlimin qorunmasına ciddi yanaşır. Buradakı tədbirdə iştirak edən hər kəsin ümumi məqsədi var ki, bundan məmnun oldum: uşaqlarımız və onların gələcəyi. FİFA iqlim dəyişikliyi ilə bağlı mühüm qlobal məsələdə öz rolunu oynamağa davam edəcək. Prezident İlham Əliyevə, AFFA-ya və Azərbaycandakı hər kəsə təşəkkür edirəm", - ali futbol qurumunun rəhbəri vurğulayıb.