Fizika üzrə Nobel mükafatçıları elan edildi
Bu il amerikalı Con Hopfild və britaniyalı Cefri Hinton fizika sahəsində Nobel mükafatına layiq görülüblər.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Nobel Komitəsi məlumat yayıb.
Hər iki alimə mükafat maşın təliminin müasir prinsiplərinin əsasını təşkil edən metodların işlənib hazırlanmasına görə verilib.
Press-relizə əsasən, Con Hopfild təsvirlərdən və digər növ şablon məlumatlarından saxlamağı və bərpa etməyi bacaran assosiativ yaddaş yaradıb. Cefri Hinton isə təsvirlərdəki müəyyən elementləri tanımağa kömək edən üsul icad edib.
Xatirə SADİQ