Futbolçular baş hakimi döydülər - VİDEO

İran II Liqasındakı futbol matçlarından birində baş hakim döyülüb.

May 6, 2025 - 15:30
Futbolçular baş hakimi döydülər - VİDEO

SAVASHMEDİA.az xəbər verir ki, bu, referinin matçın əlavə vaxtında qonaqların lehinə penalti təyin edərək, ev sahiblərinin futbolçusunu meydandan qovduğu an baş verib.

Qərardan narazı qalan yerli komandanın futbolçuları və azarkeşləri ədalət təmsilçisinə yumruq və təpik zərbələri endiriblər. Baş hakim meydanı çətinliklə tərk edə bilib. (teleqraf)