"Qarabağ" - "Nyukasl" oyunu hansı kanaldan yayımlanacaq?
UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində Bakıda keçiriləcək "Qarabağ" – "Nyukasl" (İngiltərə) qarşılaşmasına bilet satışı davam edir.
SAVASHMEDİA.az xəbər verir ki, Ağdam təmsilçisinin yaydığı son məlumata görə, artıq 27 min 500 ədəd bilet satılıb.
Biletlər yalnız iTicket.az-ın mobil tətbiqi və saytı üzərindən əldə edilə bilər. Biletlərin qiyməti isə 10, 15, 25, 35, 40, 50, 75, VIP sektorlar üçün 200, 250, 300 və 400, VVIP sektorlara 1000 AZN təşkil edir.
Xatırladaq ki, fevralın 18-də, saat 21:45-də Tofiq Bəhramov adına Respublika Stadionunda start götürəcək matç İctimai Televiziya (İTV) ilə canlı yayımlanacaq.
Oğuz