Sabah bu ərazilərdə qaz olmayacaq – XƏBƏRDARLIQ!

Fevralın 18-də saat 09:00-dan etibarən Gədəbəyin 42 kəndində qaz təchizatı dayandırılacaq.

Feb 17, 2026 - 19:05
Sabah bu ərazilərdə qaz olmayacaq – XƏBƏRDARLIQ!

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, buna səbəb Novasaratovka və Şınıx kəndini təbii qazla təmin edən orta təzyiqli - daşıyıcı diametri 325 millimetr olan yeraltı xətdə aşkarlanan qaz sızmalarıdır.

Qeyd olunub ki, sızmalarının aradan qaldırılması və korroziyaya uğramış hissənin yenilənməsi məqsədi ilə saat 09:00-dan etibarən işlər başa çatanadək Söyüdlü, Gər-Gər, Sarıköynək, Qurudərə, Nağılar, Alnabad, Böyükqaramurad, İnəkboğan, Arqıran, Əlismayıl, Qasımlı, Köhnəqışlaq, Qaraməmmədli, Qaravəllər, Novosaratovka, Düzrəsullu, Şınıx, Göyəlli, Göyəmli, Çayrəsullu, Bəydəmirli, Turşsu, Hacılar, Sonalar, Əyridərə, Məmmədcəfərli, Arabaçı, Zamanlı, Mormor, Fərzalı, İsalı, Cücanlı, Dördlər, Mutudərə, Çiçəkli, Çobankənd, Şahdağı, Novoivanovka, Çalburun, Çaldaş, Miskinli, Səbətkeçməz, Parakənd kəndlərinin (42 kənd üzrə təqribən 10 min abonent) qaz təchizatının dayandırılması planlaşdırılır.