"Bunu məndən niyə soruşursunuz? Əcəb etmişəm" - Yazıçı Anar
Bilmirəm buna qanun icazə verir yoxsa yox?
“Yazıçı öz kitabını küçədə sata bilər. Kim istəyirsə, satsın da. Bunu məndən niyə soruşursunuz ki? Mən kitablarımı küçədə satmıram. Bilmirəm buna qanun icazə verir yoxsa yox? Bunu yaxşı olardı ki, aidiyyəti qurumlardan soruşasınız. Bircə onu deyə bilərəm ki, yazıçının kitablarını küçədə satması onun imicinə xələl gətirmir. Bu, sadəcə şəraitsizlikdən belədir”.
SAVASHMEDİA.az xəbər verir ki, bunu moderator.az-a Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, Xalq yazıçısı Anar Rzayev deyib.
Sədr Elza Seyidcahanla bağlı suala isə sərt cavab verib:
“Yaxşı etmişəm Elza Seyidcahanı Yazıçılar Birliyinə üzv etmişəm”.
Xatırladaq ki, bir neçə gün öncə Rəşid Mahmudov mediaya verdiyi açıqlamasında Əməkdar artist Elza Seyidcahanı birliyə üzv qəbul etdiyi üçün Anar Rzayevi qınamışdı:
“Bunun ən böyük təqsiri yazıçımız Anara düşür ki, onu Yazıçılar Birliyinə üzv edib. Ayıbdır!”.