Gecəki oyunların nəticələri - Çempionlar Liqası
UEFA Çempionlar Liqasının əsas mərhələsinin beşinci turuna yekun vurulub.
SAVASHMEDİA.az xəbər verir ki, son oyun günündə doqquz qarşılaşma baş tutub.
"Real Madrid" səfərdə "Olimpiakos"un qonağı olub. Qol duelində kral klubu rəqibini minimal fərqlə üstələyib - 3:4. Maraqlıdır ki, qaliblərin bütün qollarını Mbappe vurub. Arda Güler və Vinisius hərəyə iki asistlə yadda qalıblar.
"Liverpul" ev matçında PSV ilə qarşılaşıb. Son zamanlar ciddi böhran içində olan mersisayd klubu bu dəfə də azarkeşləri məyus edib. "Qarabağ"ın gələcək rəqibi doğma "Enfilld"də Niderland təmsilçisinə böyük fərqlə uduzub - 1:4.
Günün digər matçlarında aşağıdakı nəticələr qeydə alınıb:
"Kopenhagen" - "Kayrat" 3:2;
"Pafos" - "Monako" 2:2;
"Arsenal" - "Bavariya" 3:1;
"Atletiko Madrid" - "İnter" 2:1;
"Ayntraxt Frankfurt" - "Atalanta" 0:3;
PSJ - "Tottenhem" 5:3;
"Sportinq" - "Brügge" 3:0.
Səlcuq