Gələcək vitse-prezidentdən Qrenlandiya ismarıcı
“Amerika Birləşmiş Ştatlarının Qrenlandiyada hərbi gücdən istifadə etməsinə ehtiyacı yoxdur”.
SAVASHMEDİA.az xəbər verir ki, bunu “Fox News” telekanalına müsahibəsində ABŞ-nin gələcək vitse-prezidenti Cey Di Vens deyib.
“Adamlar unudurlar ki, bizim artıq Qrenlandiyada qoşunlarımız (adada müəyyən hərbi kontingent – red.) var”, - deyə C.D.Vens nəzərə çatdırıb.
Onun sözlərinə görə, yerli sakinlər Trampın oğlunun Qrenlandiyaya son səfəri zamanı öz resurslarını inkişaf etdirmək hüququna malik olmaq arzusunu ifadə ediblər.
“Açığını deyim ki, hazırkı rəhbərlik, Danimarka hökuməti Qrenlandiyanın təhlükəsizliyini qorumaq üzərində çox da yaxşı işləməyib”, - deyə Vens əlavə edib.
Vens bildirib ki, buna görə də bu, Birləşmiş Ştatlar üçün yaxşı imkandır, çünki ölkəsi Qrenlandiyanın təhlükəsizliyinin təmin edilməsində və təbii ehtiyatların istismarında təşəbbüsü öz üzərinə götürə bilər.
“Və bu, Donald Trampın hər kəsdən daha yaxşı bacardığı məqamdır. O, saziş bağlamağı bacarır və mən hesab edirəm ki, Qrenlandiya üzrə sazişi bağlamaq mümkündür”, - deyə Vens əminliklə söyləyib.
Xatirə SADİQ