Gizli şahidlərdən biri Əkrəm İmamoğlunun öz əmisi imiş - Sonradan özünü öldürüb

Türkiyəli jurnalist Erdem Atay korrupsiya istintaqı çərçivəsində mühakimə olunan İBB sədri Əkrəm İmamoğlu ilə bağlı sensasion iddia irəli sürüb.

Mar 26, 2025 - 12:46
Gizli şahidlərdən biri Əkrəm İmamoğlunun öz əmisi imiş - Sonradan özünü öldürüb

Jurnalist, İmamoğlunun 2000-ci illərin əvvəllərində tikinti sektorunda işlədiyi müddətdə "layihələri saxtalaşdırmaq" və "rüşvət" ittihamları ilə mühakimə olunduğunu və əmisi Əli İmamoğlunun bu prosesdə gizli şahid qismində ifadə verdiyini iddia edib.

Gizli şahid olduğu ortaya çıxandan sonra ailə daxilində düşmənçiliyin başladığını bildirən Atay, Əli İmamoğlunun yaşananlara dözə bilmədiyi üçün intihar etdiyini bildirib. (publika)