Görüş təklifi Putindən gəlib

Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff ilə görüş zamanı ABŞ lideri Donald Trampla görüşmək istədiyini bildirib.

Aug 7, 2025 - 00:57
Görüş təklifi Putindən gəlib

Bu barədə “Fox News” telekanalı məlumat yayıb.

Bildirilir ki, Uitkoffun bu mesajını aldıqdan sonra Tramp Ukraynada müharibənin dayandırılmasına səbəb ola biləcək belə bir görüşün artıq gələn həftə keçirilməsinə hazır olduğunu söyləyib. (teleqraf)