"Green Card" lotereyası niyə dayandırılıb? - ABŞ səfirliyinin cavabı

ABŞ-nin "Green Card" (Yaşıl Kart) lotereyası üzrə qeydiyyatın gecikməsi çoxsaylı suallara səbəb olub. 

Oct 20, 2025 - 22:18
"Green Card" lotereyası niyə dayandırılıb? - ABŞ səfirliyinin cavabı

Prosesin gecikməsi səbəbindən rəsmi qeydiyyatın nə vaxt başlayacağı barədə dəqiq tarix hələlik məlum deyil.

Məsələ ilə bağlı ABŞ-nin Azərbaycandakı səfirliyindən bildirilib ki, federal hökumətin fəaliyyətini dayandırdığı dövrdə (şatdaun) ABŞ hökumətinin bir çox vacib olmayan xidmətləri müvəqqəti olaraq dayandırılır:

"Yaşıl Kart lotereyası ilə bağlı məlumat almaq üçün hökumət fəaliyyətini bərpa etdikdən sonra yenidən müraciət etmək lazımdır".

Qeyd edək ki, 2025-ci il oktyabrın 1-də ABŞ federal hökuməti 2026-cı maliyyə ilinin həmin gün başlamasına baxmayaraq Konqresin müvafiq maliyyələşdirmə qanunvericiliyini qəbul edə bilməməsi səbəbilə yerli vaxtla saat 00:00-da fəaliyyətini dayandırıb.